Ukrayna Krıma kütləvi hücumlar edib - VİDEO

   Ukrayna Krıma kütləvi hücumlar edib    - VİDEO
  02 May 2025    Oxunub:696
Mayın 2-nə keçən gecə Rusiyanın ilhaq etdiyi Krım yarımadası Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, Rusiya Müdafiə nazirliyi hava hücumundan müdafiə (HHM) qüvvələrinin yarımada üzərində 89 Ukrayna PUA-sının vurduğunu iddia edib.

“Krımskiy veter” Telegram-kanalının məlumatına görə, hərbi aerodromların yerləşdiyi Sevastopol, Cankoy, Saki, Novofyodorovka və Kaçada partlayış səsləri eşidilib. Sosial şəbəkələrdə yarımadadakı narahat gecəni təsdiqləyən videolar yayılıb. Bəzi görüntülərdə Kaça aerodromundan uzaq olmayan Uqlovoye kəndi ərazisində yanğın baş verib.

Sevastopolun Rusiya tərəfindən təyin olunmuş qubernatoru Mixail Razvojayev hücumun baş verdiyini təsdiqləyərək, onun dəf edildiyini deyib.

“Rusiya dəniz donanması hücumu dəf etməyə qoşulub. “Kütləvi və birləşmiş” şəkildə təşkil olunan hücum Xersonesos, Sevastopol körfəzi, Kaça və Balaklava yaxınlığındakı sular üzərində həyata keçirilib”, - təxminən gecə saat 3 radələrində Razvojayev bildirib.

Eyni zamanda Rusiya hakimiyyəti Krım körpüsündə nəqliyyatın hərəkətini dayandırıb. Körpü üzərində hərəkət məhdudiyyətləri təxminən 2,5 saat qüvvədə olub, bundan sonra nəqliyyatın hərəkəti bərpa edilib.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Krım   hücum  





Xəbər lenti