Bəzi reabilitasiya mərkəzlərində xoşagəlməz nüanslar müşahidə edilib

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqlərin məqsədi bu mərkəzlərdə saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması, eyni zamanda, müəssisələrin fəaliyyəti ilə yaxından tanışlıq olub.
Adıçəkilən mərkəzlərdə reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi İşçi Qrupun üzvləri tərəfindən əsas araşdırma predmeti olub.
Monitorinq çərçivəsində həmin mərkəzlərin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisələrin rəhbərliyi, əməkdaşlarla söhbət aparılıb, reabilitasiya keçən qadın və kişilər könüllü olaraq konfidensial qaydada qəbul edilib.
İşçi qrupun üzvləri tərəfindən, həmçinin mərkəzlərin yeməkxana, inzibati hissə, idman, gəzinti və istirahət zonalarına baxış keçirilib.
Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri mərkəzlərin rəhbərliyinə təqdim edilib, müvafiq tövsiyələr verilib. Reabilitasiya Mərkəzlərində Ombudsmanın “916” Çağrı Mərkəzinin lövhələrinin mövcudluğu və pasiyentlərin Ombudsmana müraciət hüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.
Monitorinq zamanı müəssisələrdə fəaliyyətin təşkili və göstərilən reabilitasiya xidmətləri ilə bağlı narahatçılıq doğuran bir sıra məsələlər müşahidə edilib. Məsələ Ombudsmanın diqqət mərkəzindədir və bununla əlaqədar olaraq reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında təhlil işinin aparılaraq müvafiq təkliflərin hazırlanması planlaşdırılır.
AzVision.az
Teqlər: