"Azercell Telecom" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb

"Azercell Telecom" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
  01 May 2025    Oxunub:398
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC ADA Universitetinin təşkilatçılığı ilə keçirilən “Employability Week 2025” təşəbbüsündə fəal iştirak edib.
Proqramın əsas məqsədi tələbələri müasir əmək bazarının tələbləri ilə tanış etmək, onların peşəkar bacarıqlarını inkişaf etdirmək və gələcək karyera imkanlarını genişləndirmək idi.

Proqram çərçivəsində "Azercell"in müxtəlif sahələrdə fəaliyyət göstərən mütəxəssisləri tələbələrə emosional zəka, sənaye icmalı, müsahibəyə hazırlıq, iş etikası, innovasiya və sahibkarlıq, şəxsi brendinq kimi mövzularda təlimlər keçiblər.

Eyni zamanda, şirkətin İnsan Kapitalının əməkdaşları proqram iştirakçılarına Azercell-də mövcud olan karyera və təcrübə imkanları, eləcə də işə qəbul prosesi barədə ətraflı məlumat təqdim ediblər.

Proqramın sonunda "Azercell" fərqlənən tələbələrə şirkətin yay təcrübə proqramında iştirak etmək imkanı yaradacaq. Tələbələrin adları sabah ADA Universitetində baş tutacaq bağlanış mərasimində açıqlanacaq.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti