Komissiya: 3990 itkin düşmüş şəxs qeydiyyata alınıb

     Komissiya:    3990 itkin düşmüş şəxs qeydiyyata alınıb
  01 May 2025    Oxunub:469
Bu günə olan məlumata görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs qeydiyyata alınıb.
AzVision.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, son illərdə aparılan axatrış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 Azərbaycam vətəndaşının taleyinə aydınlıq gətirilib:

"Bu gün burada Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən dəhliz açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz".

AzVision.az


Teqlər:





Xəbər lenti