Livan hökuməti telekanalın iddiasını hələlik təsdiqləməyib. Basqınların təfərrüatı ilə əlaqədar da hazırda məlumat yoxdur.
![]() |
Livanda HƏMAS üzvləri saxlanılıblar |
Xatırladaq ki, aprelin 16-da Livan Silahlı Qüvvələri bu ölkədə fələstinli qaçqınların məskunlaşdıqları düşərgələrdə (Eyn-əl-hilvə və Nəhr-əl-bərid) HƏMAS qruplaşmasına məxsus bir sıra yaraqlını ələ keçirmişdi. "Al-Hadath" həmin vaxt bildirmişdi ki, hadisə İordaniya Kralı II Abdullahın Livan Prezidenti Cozef Aun ilə telefon danışığında "İordaniyada HƏMAS-la əlaqəli raket istehsalı mərkəzini ifşası" fonunda baş verə bilər.
Firudin Həmidli
AzVision.az