Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb
  14 May 2025    Oxunub:335
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qurumun əməkdaşları tərəfindən bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti