Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

   Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
  15 May 2025    Oxunub:390
Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.
Nazirlər Kabinetindən məlumata görə, görüşdə Prezident İlham Əliyevin və Çinin Sədri Si Cinpinin birgə səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişafı məmnunluqla vurğulanıb.

Prezident İlham Əliyevin Çinə son dövlət səfərinin əhəmiyyəti qeyd edilib. Dövlət başçılarının imzaladıqlarıı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırdığı diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlığın aktual məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti