Avropa Komissiyası “TikTok”u ittiham edir

Avropa Komissiyası “TikTok”u  ittiham edir
  15 May 2025    Oxunub:291
Avropa Komissiyası sosial media platforması “TikTok”un Avropa İttifaqının rəqəmsal reklam qaydalarını pozduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, Komissiyanın açıqlamasında “TikTok”un Aİ qanunvericiliyinin tələblərinə zidd olaraq istifadəçilərə təqdim olunan reklamlarla bağlı şəffaflıq prinsiplərinə əməl etmədiyi bildirilib. Qeyd olunub ki, şirkət indiyədək reklam elanlarına dair kifayət qədər ətraflı və funksional məlumat bazası təqdim etməyib. Məlumatların məhdudluğu səbəbindən hansı reklamın kim tərəfindən maliyyələşdirildiyi və hansı istifadəçi qruplarının hədəf alındığı qeyri-müəyyən qalır.

Qeyd edək ki, Avropa Komissiyası “TikTok”a qarşı ötən il Rumıniyada keçirilən prezident seçkiləri zamanı seçki qanunvericiliyinin pozulması, eləcə də azyaşlıların platformada zorakı və asılılıq yaradan məzmunlardan qorunması ilə bağlı paralel araşdırmalar aparır. Bu ittihamlar təsdiqini taparsa, “TikTok”a qarşı ciddi maliyyə sanksiyaları tətbiq oluna bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti