Komitədən girovlarla bağlı AÇIQLAMA
pl.jpg)
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəsmisi İlahə Hüseynova AzVision.az-a açıqlamasında bildirib ki, BQXK-nin Azərbaycan nümayəndəliyi bu məsələ ilə bağlı şərh vermək istəmir:
“Beynəlxalq Qızıl Xaç Komitəsi məhkəmə proseduru barədə məlumat mənbəyi deyil”.
Onlarla görüş gəldikdə isə, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəsmisi qeyd edib ki, hər zaman olduğu kimi Kəlbəcər girovlarına yenidən baş çəkiləcək:
“Bu barədə həmişə olduğu kimi girovlarla görüş olduqdan sonra məlumat veriləcək”.
Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb. Onlarla birlikdə olan Həsən Həsənov isə öldürülüb. Ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub. Erməni mətbuatı girov götürülən Şahbaz Quliyev və Dilqəm Həsənovun məhkəmə işinin başlayacığını yazıb Xankəndində baş tutacaq məhkəmə prosesinin keçiriləcəyi vaxt dəqiq bildirilməyib. Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz “casusluq” və digər maddələrlə ittiham olunurlar.
Anar Kəlbiyev
Teqlər: