Kəmaləddin Heydərov görüşə gedir

Kəmaləddin Heydərov görüşə gedir
  27 Oktyabr 2014    Oxunub:2108
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 30-da saat 11.00-dan Qusar şəhər Mədəniyyət Sarayında vətəndaşların qəbulu keçiriləcək.
AzVision.az qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) oktyabrın 29-da saat 9.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Teqlər:  





Xəbər lenti