Emin Hüseynov İsveçrə səfirliyində gizlənir

Mehman Hüseynov "Azadlıq" radiosuna bildirib ki, istintaqda ondan "Sancaq" dərgisi və qardaşı Emin Hüseynov haqda soruşublar. O, başqa suallara cavab verməyib.
Emin Hüseynovun direktoru olduğu Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində prokurorluq əməkdaşları axtarış aparıblar. Ofisin qapıları möhürlənib. Emin Hüseynovun harada olmasa barədə məlumat yoxdur.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə isə Mehman Hüseynov öz ifadəsində qardaşı E.Hüseynovun ölkəni doğrudan da tərk etmədiyini və hazırda İsveçrənin Azərbaycandakı səfirliyində gizləndiyini təsdiqləyib.
Teqlər: