Deputatlarımız AŞPA-nın iclasına gedir

Deputatlarımız AŞPA-nın iclasına gedir
  28 Oktyabr 2014    Oxunub:1506
Milli Məclisin deputatları Rafael Hüseynov və Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-dən noyabrın 1-dək Madriddə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbirdə İspaniyada insan hüquqlarının vəziyyəti, Avropada QHT-lərin fəaliyyətinə qoyulan məhdudiyyətlərin qarşısının alınması, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə insan hüquqlarına əməl olunması barədə fikir mübadiləsi aparılacaq.
Rafael Hüseynov komitənin iclasında iştirak etdikdən sonra noyabrın 3-dən 5-dək Strasburqda keçiriləcək Demokratiya üzrə Dünya Forumuna qatılacaq.

Forumda dünyada baş verən qlobal dəyişikliklərdə gənclərin yeri və rolu mövzusu müzakirə olunacaq.


Teqlər:





Xəbər lenti