Yağış yağacaq, çiskin olacaq

Yağış yağacaq, çiskin olacaq
  28 Oktyabr 2014    Oxunub:1379
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-8, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 28-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 10-15, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti