Keçmiş NİDA-çı YAP-a üzv oldu

Partiyadan AzVision.az-a verilən məlumata görə, Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə “Nida” təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirib və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulayıb.
Keçmiş “Nida”çı Nəsrəddin Mürsəlli YAP-a üzv olmaq üçün etdiyi müraciətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, “qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum” – deyə, qeyd edib.
Qeyd edək ki, Keçmiş “Nida”çı Nəsrəddin Mürsəlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında Sərəncama əsasən azadlığa buraxıldıqdan dərhal sonra Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirib.
AzVision.az