Prezident xorvat naziri qəbul etdi

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirildi və bu baxımdan “Cənub” qaz dəhlizinin əhəmiyyəti vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Teqlər: