Nazirlik "Mazda" şirkətini cərimələyib

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar reklamın sifarişçisi olan "Rotary Motors" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılması zamanı qeyd olunan məzmunlu reklamda "Mazda CX-9" markalı avtomobilin kreditlə əldə edilməsi üçün 40% ilkin ödənişin tələb edilməsi barədə informasiyanın gizlədildiyi, eləcə də reklamın yayımlandığı dövrdə avtomobilin nağd satış qiymətinin kreditlə satış qiymətindən aşağı olduğu halda, reklamda avtomobilin kreditlə satış qiymətinə faiz tətbiq edilməməsi təsəvvürünün yaradıldığı müəyyən edilib.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Mazda CX-9" markalı avtomobillərin satışını həyata keçirən və qeyd olunan reklamların sifarişçisi qeyd "Rotary Motors" MMC-yə 13,5 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
AzVision.az
Teqlər: