Tələbənin maşını yandı

AzVision.az El Tv-yə istinadən xəbər verir ki, Dövlət Sosial-İqtisad Kollecinin qarşısında saxlanılan “Chevrolet Niva” markalı avtomobil qəflətən alışıb.
Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib və alovun qarşısı alınıb.
İlkin ehtimala görə, yanğın avtomobildəki texniki nasazlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
Teqlər: