"Litva Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb"

““Sülh və müharibədə insanların hekayələri” filmi xarici film festivalı çərçivəsində nümayiş olunub. Elə həmin kanalda Azərbaycan və Gürcüstan istehsalı filmlər də nümayiş olunub. Biz əminik ki, Azərbaycan tamaşaçıları kimi litvalılar da bədii filmləri və təbliğatı fərqləndirə bilirlər. Litva hər zaman beynəlxalq hüququn prinsiplərinə - ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşıb və bu heç zaman dəyişməyib”, deyə səfirliyin məlumatında bildirilir.
Qeyd edək ki, Ermənistan KİV-ləri Litvanın “Mədəniyyət” kanalında Vardan Hovanisyanın "Müharibə və sülh zamanı insanların hekayələri" adlı sənədli filminin nümayiş olunduğu barədə məlumat yaymışdı.