SSRİ-nin ilk azərbaycanlı milyonçusu vəfat etdi

Məlumata görə, keçmiş milyonçu dünən dünyasını dəyişib. Son aylarda onun səhhətində ciddi problemlər vardı.
Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji, Xalq Təssərrüfatı İnstitutunu, habelə Sverdlovsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovskda polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlayaraq, qısa müddətdə uğur qazanıb və SSRİ-nin ilk milyonçusu kimi tanınıb.
1994-cü ildə Kalmıkiya prezidenti Kirsan İlumijanovun Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Bir çox ərəb ölkələrində səfərlərdə Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olub.
1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.