Bir həftə `zaryadkasız` işləyən `iPhone` yaradıldı

Batareya patentləşdirilmiş texnologiya əsasında işləyir. Şirkət iddia edir ki, yeni batareyadan istifadə etmək üçün `iPhone`nun ölçü və formasını dəyişməyə ehtiyac yoxdur.
`Biz o qədər incə batareya yaratmağa müvəffəq olduq ki, ondan hazırda bazarda olan modellərdə istifadə etmək olar`, - deyə `Intelligent Energy` şirkətinin baş direktoru Henri Vinand bildirib.
Adi `iPhone`lardan fərqli olaraq yeni qurğuların arxasında su buxarları üçün ventilyasiya dəlikləri olmasıdır.
`Intelligent Energy` şirkəti bəyan edib ki, hazırda şirkət yeni batareyanın qiymətini müəyyənləşdirir.
Şayələrə əsasən şirkət özü `Apple`la sıx əməkdaşlıq edir. Lakin Vinand bu barədə yayılan məlumatları şərh etməkdən imtina edib.
Eldar Tanrıverdiyev
AzVision.az