Almaniyada 100-dək fəal həbs edildi

1200-dək alman polisi “Qarzvayler” adlanan ərazidə etiraz aksiyası keçirənləri bölgədən çıxarıb. Aktivistlərin həbsi zamanı alman polisi zor gücü ilə dəyənəklərdən, eləcə də bibər qazından istifadə edib.
AzVision.az “Der Westen” qəzetinə istinadən bildirir ki, “Qarzvayler” adlanan bölgədə kömür müəssisəsinin tikilməsi xəbərindən sonra oraya axışan 100-dək aktivist texnikanın işləməsinə əngəl olublar. Polis fəalların ağır texnikanın toplanması ilə qurulan və hündürlüyü 80, uzunluğu isə 200 metrə kimi olan barikadanı dağıtdıqdan sonra 100 nəfərdək aktivisti həbs edib. Güman olur ki, fəallar etdikləri etirazdan dolayı məhkəmə tərəfindən cərimələnəcəklər.
Fərrux
AzVision.az
Teqlər: