Güləşçimiz qızıl medal qazanıb

Güləşçimiz qızıl medal qazanıb
  18 Avqust 2013    Oxunub:1876
Bolqarıstanın Sofiya şəhərində güləş üzrə gənclərin Dünya çempionatı davam edir. Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəkidə sərbəst güləşçilərin mübarizəsi başlayıb.


Gülәşçilәrimiz günü 1 qızıl vә 1 bürünc medalla başa vurub.

50 kq

Ruslan Qasımov 1/8 finaldan mübarizəyə başlayıb, ABŞ təmsilçisi Ethan Lizakı (11:4) məğlub edib. Bolqar Mehmed Zeyti Feraimlə görüşdə güləşçimiz məğlub olub.

60 kq

1/16 finaldan mübarizəyə başlayan Əhmədnəbi Qvarzatilov erməni Aşot Velitsyan üzərində inamlı qələbə (7:0) qazanıb. Növbəti görüşdə iranlı Farzad Kovlandı (12:5) mübarizədən kənarlaşdıran güləşçimiz 1/4 finala yüksəlib. Gürcü Şota Partenadzeyə də heç bir şans verməyən (10:1) Əhmədnəbi Qvarzatilov yarımfinala vəsiqə qazanıb. Final yolunda ukraynalı Andrey Sivridi (14:3) üstәlәyәn gülәşçimiz finalda da monqol gülәşçisi Nomin Batboldu (15:7) mәğlub edib vә qızıl medala sahib çıxıb.

74 kq

Bəxtiyar İsrafilli 1/16 finalda moldovalı İon Vasilaçi ilə görüşdən (8:0) qalib ayrılıb. 1/8 finalda güləşçimiz ABŞ təmsilçisi Aleksander David Dieringerlə qarşılaşıb. Gərgin keçən qarşılaşma (11:12) rəqibin xeyrinə başa çatıb. Tәsәlliverici görüşlәrә qatılan Bәxtiyar ardıcıl olaraq gürcü Laşa Qiqaşvili (13:5) və özbək Texron Xociyevi (3:0) məğlub edib. Bürünc medal uğrunda həlledici görüşdə Rumıniya güləşçisi George Bodisteanudan (8:1) üstün olan Bəxtiyar İsrafilli dünya çempionatının bürünc medalını qazanıb.

96 kq

1/16 finaldan yarışa başlayan Hacı Şərifov Ukrayna güləşçisi Murazi Mçelidzedən (9:5) zəif olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti