Almaniya Ukraynaya 14 “Leopard 2” tankı göndərəcək

  Almaniya Ukraynaya 14 “Leopard 2” tankı göndərəcək
  25 Yanvar 2023    Oxunub:1343
Almaniya Nazirlər Kabineti Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi ilə bağlı qərarı təsdiq edib.
AzVision.az xəbər verir ki, Nazirlər Kabinetinin digər qərarı ilə rəsmi Berlin digər ölkələrə də “Leopard 2” tanklarının Ukraynaya ixracına icazə verib.

Almaniya ilk mərhələdə Ukraynaya Bundesverin ehtiyatlarından 14 "Leopard 2A6" tankı verəcək. Almaniyanın hərbi yardımı “Leopard 2” tanklarının maddi-texniki təminatı, döyüş sursatı və texniki təminatının həllini də nəzərdə tutur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti