Valideynlərin övladları ilə bağlı ən böyük qorxusu nədir? - Araşdırma

   Valideynlərin övladları ilə bağlı ən böyük qorxusu nədir? -    Araşdırma
  26 Yanvar 2023    Oxunub:793
ABŞ-da aparılan bir araşdırmada valideynlərin uşaqları ilə bağlı ən böyük qorxuları üzə çıxıb. Araşdırma valideynlərin ən çox uşaqlarının psixi sağlamlıq problemlərindən qorxduğunu və valideynlik məsuliyyətinin onların gözlədiklərindən daha ağır olduğunu ortaya çıxarıb.
PEW Araşdırma Mərkəzinin 18 yaşından kiçik uşaqları olanlar arasında apardığı sorğuda 10 valideyndən 4-ü (40 faizi) uşağının narahatlıq və ya depressiyaya əsaslanan psixi sağlamlıq problemi ola biləcəyindən qorxduğunu, 62 faizi isə valideyn olmağın gözlədiklərindən daha çətin olduğunu söyləyib.

Respondentlərin 35 faizi övladlarının həyatlarının hansısa məqamında zorakılığa məruz qalmasından "son dərəcə" və ya "çox narahat olduqlarını" bildiriblər, qadınlarda bu rəqəm 40 faiz, kişilərdə isə 28 faizdir.

Psixi sağlamlıq və zorakılıqdan başqa, valideynlərin narahatlıqları içərisində sonrakı sıralarda uşaqlarına fiziki təhdidlər, narkotik, spirt, yeniyetmə hamiləliyi və polislə problemlər gəlir.



İştirakçıların yüzdə 41 faizi valideyn olmağın yorucu, 29 faizi həmişə və ya çox vaxt stresli olduğunu, yalnız 30 faizi uşaqlarının övlad sahibi olmasına böyük əhəmiyyət verdiyini bildirib. Uşaqları üçün narahat olan ailələrin 45 faizi həddindən artıq qoruyucu olmağa meylli olduqlarını, 20 faiz isə uşaqlarına həddindən artıq azadlıq verməyi üstün tutduqlarını ifadə ediblər. Uşaq böyütməyin çətinliyindən şikayət edən ailələrin sorğu suallarına verdiyi cavablar övladlarının tərbiyəsi və gələcək seçimləri ilə bağlı dəyişməyə açıq münasibəti ortaya qoyub.

Uşaqlarını özlərinin tərbiyə aldığı kimi böyütməyə çalışan ailələr 43 faizdir. Valideynlərin təxminən üçdə ikisi (66 faiz) övladlarının dürüst və əxlaqlı yetkin, 48 faiz çalışqan, 40 faiz yardımsevər olmasını və hər 10 uşaqdan 4-ü özlərindən fərqli şəxslərə ehtiramla yanaşmalarına diqqət etdiklərini qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti