Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum: Mühafizənin rəhbəri öldürüldü - VİDEO

  Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum:  Mühafizənin rəhbəri öldürüldü -  VİDEO
  27 Yanvar 2023    Oxunub:1086
Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.
Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, iki nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb.

Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.



AzVision.az


Teqlər:





Xəbər lenti