Ağdərədə partlayış olub, 1 erməni ölüb

   Ağdərədə partlayış olub,    1 erməni ölüb
  27 Yanvar 2023    Oxunub:698
Ağdərədə partlayış baş verib. AzVision.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilir ki, partlayış nəticəsində minik maşını tamamilə məhv olub. Məlumata görə nəticədə bir erməni ölüb. Bu, 1987 ci il təvəllüdlü Ağdərə rayonu "Vaquxas icması"ndan olan A.M.-dır. İddia olunur ki, partlayışa səbəb qaz balonu olub.

"Başlanmış cinayət işi çərçivəsində işin bütün hallarının aydınlaşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı təxirəsalınmaz istintaq və məhkəmə tədbirləri davam etdirilir", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ağdərə  





Xəbər lenti