Tehranın polis rəisi işdən çıxarıldı

   Tehranın polis rəisi işdən çıxarıldı
  27 Yanvar 2023    Oxunub:891
Tehranın polis rəisi general Hüseyn Rəhimi vəzifəsindən uzaqlaşdırılıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb.

Məlumata görə, İranın Baş Polis Komandanlığının əmri ilə general Abbasəli Məhəmmədiyan Tehranın polis rəisi vəzifəsinə təyin edilib. O, Əlborz əyalətinin polis rəisi və Tehran Təhlükəsizlik Polisinin keçmiş rəhbəri olub.

General Rəhimi isə “Fəraca” İqtisadi Təhlükəsizlik Polisinin rəhbəri təyin edilib.

Qeyd edək ki, bu gün Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra İran tərəfdən ilk rəsmi açıqlamanı Hüseyn Rəhimi vermişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti