İranda zəlzələ: 970 nəfər yaralanıb, 3 nəfər ölüb - YENİLƏNİB 2

    İranda zəlzələ:  970 nəfər yaralanıb, 3 nəfər ölüb - YENİLƏNİB 2
  29 Yanvar 2023    Oxunub:1857
İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfərə çatıb.
AzVision.azxəbər verir ki, bu barədə “Tasnimnews” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.
***
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 816 nəfərə çatıb, 3 nəfər ölüb.

AzVision.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyan məlumat verib.

****

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 664 nəfərə çatıb, 2 nəfər ölüb. İRNA agentliyi xəbər verir ki, bu barədə bazar günü vilayətin qubernatoru Məhəmməd Sadiq Motamedyan bildirib.
İlkin hesablamalara görə, zəlzələ 2 şəhər və 70-dən çox kəndə ziyan vurub, binaların 50%-ə qədəri dağılıb.

Qeyd edək ki, yanvarın 28-də İranın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri 175 min insanın yaşadığı Hoy şəhərindən 23 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 43 km dərinlikdədir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti