Erməni iranşünas "şirin quyruğu" ndan danışdı

   Erməni iranşünas   "şirin quyruğu"  ndan danışdı
  30 Yanvar 2023    Oxunub:1493
İranın strateji obyektlərinin dronlarla vurulması erməni siyasətçi və ekspertləri məyus edib. İki gündür məlum prosesləri yerli mediaya şərh edən politoloqlar ənənəvi erməni xislətindən əl çəkmir, sərsək proqnozlar verərək guya dron əməliyyatlarında Azərbaycanın da əlinin olduğunu iddia edirlər.
İranşünas və politoloq Vardan Voskanyan "Mamul"a verdiyi açıqlamada deyib ki, mediada yayılan dron hücumları ilə bağlı görüntülərə rəsmi reaksiyaların olmaması müəmma doğurur. Amma İsfahanda bir obyektə ziyan dəyməsi rəsmi olaraq təsdiqlənib.

Göyündən xəbəri yoxdur, yerdə əməlindən qalmır
"Bundan başqa Azərşəhrdə avtomobil yağları istehsalı zavodunda baş verən yanğınla bağlı İran tərəfinin rəsmi açıqlaması belədir ki, yanğın texnogen səbəbdən olub. İranın zenit sistemləri effektli şəkildə işləyə bilərdi və Tehran belə mümkün hücuma hazır olmalı idi. Hücumda hansı ölkənin PUA-larının iştirak etməsi, onların haradan buraxılması və ya idarə olunmasıyla bağlı qəti təsdiqlər yoxdur. Ancaq belə fərziyə var ki, onlar İsrail mənşəlidir və hücum Azərbaycan və ya İraq ərazisindən həyata keçirilib", - Voskanyan ölkəmizin də adənı çəkərək suyu bulandırmağa çalışıb.

O iddia edib ki, əslində hər şey əladır, Tehranla bağlı guya dezinformasiya axınları artıb, məlum dron xəbərləri isə səs-küy salmaq üçün yayılır. Sən demə İrana qarşı "təbliğat müharibəsi aparılırmış" ki, İran cəmiyyətində çaxnaşma yaransın.

"Əsasən İsrail, bəzi ərəb və Azərbaycan media platformaları xəbərlərin geniş yayılmasında fəal rol oynadılar. Amma obrazlı şəkildə desək, İran məlum proseslərin nəticələri ilə Yaxın Şərqin aslanı olmaqda davam edir”, - İranşünası erməni məşhur "şirin quyruğu" misalına bənzər bənzətmə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Dron  





Xəbər lenti