ÜST "COVID-19"la bağlı fövqəladə vəziyyətin müddətini üç il uzadıb

   ÜST "COVID-19"la bağlı fövqəladə vəziyyətin müddətini üç il uzadıb
  30 Yanvar 2023    Oxunub:1223
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar qlobal səhiyyədə mövcud olan fövqəladə vəziyyətin müddətini üç il uzadıb.
Bu barədə ÜST-nin baş qərargahı təşkilatın fövqəladə hallar komitəsinin iclasından sonra məlumat verilib. Qlobal səhiyyədə fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayından qüvvədədir. ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, pandemiya beynəlxalq narahatlıq doğuran hal olmaqda davam edir.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri koronavirus pandemiyası ilə bağlı növbəti həftəlik hesabat dərc ediblər. Sənədə əsasən, dekabrın 26-dan yanvarın 22-dək dünyada 11 milyon şəxs koronavirusa yoluxub, COVID-19-dan 55 min nəfər ölüb. Əvvəlki 28 günlük dövrlə müqayisədə yoluxma hallarının sayı 25% azalsa da, ölüm nisbəti 13% artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti