Yunanıstanda qırıcı qəzaya uğrayıb, pilotlar axtarılır

Yunanıstanda qırıcı qəzaya uğrayıb, pilotlar axtarılır
  30 Yanvar 2023    Oxunub:707
Yunan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Andravida adasının cənubunda İon dənizində qəzaya uğrayıb, hər iki pilot katapult edə biliblər.
Bu barədə Yunanıstanın "ERT" telekanalı məlumat yayıb. Amerika istehsalı olan F-4 qırıcı təyyarəsi Andravidas hava limanından 25 dəniz mili cənubda qəzaya uğrayıb.

Avtomatik katapult sisteminin işləməsi sayəsində hər iki pilot xilas olub, helikopterlərin və sahil mühafizə gəmilərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı aparılır.

AzVision.az


Teqlər: Qırıcı  





Xəbər lenti