"3+3" platformasının işini davam etdirmək niyyətindəyik" - Rusiya XİN

   "3+3" platformasının işini davam etdirmək niyyətindəyik" -    Rusiya XİN
  30 Yanvar 2023    Oxunub:662
"2021-ci ilin dekabrında başladılmış "3+3" Konsultativ Regional Platformanın (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyə) işini davam etdirmək niyyətindəyik".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Bu, regional iştirakçıların maraqlı olduğu praktiki tərəfdaşlıq məsələlərinə fokuslanacaq səmərəli və vaxtında təşkil edilmiş platformadır. Ankara və İrəvanla münasibətlərin normallaşmasına gəlincə, bu proses məhz Rusiyanın vasitəçiliyi ilə 2022-ci ilin yanvarında Ermənistan və Türkiyə nümayəndələri R.K.Rubinyan və S.Kılıçın Moskva görüşü ilə başladıldı. Biz bu gün hər iki tərəflə sıx münasibət saxlayırıq. Ermənistan-Türkiyə əlaqələrinin bərpa olması üçün perspektivlər açan son fəaliyyətləri təqdir edirik, belə ki, bunlar regionda mühitin yaxşılaşmasına xidmət edəcək", - Rusiya xarici işlər naziri deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti