Ayrapetyandan xəbərdarlıq: "İran ikinci Ukraynaya çevrilir"

 Ayrapetyandan xəbərdarlıq:  "İran ikinci Ukraynaya çevrilir"
  31 Yanvar 2023    Oxunub:1139
Erməni siyasətçi, keçmiş deputat Tatevik Ayrapetyan diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, yerli mediaya açıqlamasında İranın başı üzərini qara buludların aldığını deyib.
- Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına zərurət olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi tövsiyə edib və ziyarətçilərə çox diqqətli olmağa çağırıb.

"İsrail İrana zərbələri ilə məqsədinə nail olub" - Wall Street Journal
Maraqlıdır ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov müsahibələrinin birində deyib ki, Bakının Tehrandakı səfirliyini boşaltmasının səbəblərindən biri də səfirliyə hücumun ertəsi gün İranda hərbi əməliyyatların olmasıdır. Azərbaycan səfirliyi ilə eyni vaxtda daha bir neçə diplomatik nümayəndəlik işçilərini evakuasiya edib. Görünür bu proses davam edəcək. Hazırda bir çox ölkələr səfirliklərinin işçilərini və onların ailələrini İrandan qismən geri çağırır və ya personalı ixtisar edirlər. Yəni Ukrayna müharibəsi ərəfəsində Kiyevdə gördüyümüz proseslər indi İranda baş verir... Bu, adi bir təcrübədir. -Ayrapetyan qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   Ukrayna   Müharibə  





Xəbər lenti