Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Hadisə zamanı partlayış dalğasının təsirindən mənzilin bir otağının pəncərə çərçivəsi yerindən çıxıb, yanğın nəticəsində bir ədəd divan və kreslo qismən yanıb, yüksək temperaturdan bir ədəd kondisioner deformasiyaya uğrayıb. Mənzildə kirayəçi kimi yaşayan bir nəfər yanıq xəsarətləri alıb.
Partlayış nəticəsində binanın yaxınlığında dayanan iki ədəd minik avtomobilinə də ziyan dəyib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzVision.az
Teqlər: