"Yaralı səfirlik əməkdaşlarının vəziyyətləri yaxşıdır" - Ayxan Hacızadə

   "Yaralı səfirlik əməkdaşlarının vəziyyətləri yaxşıdır" -    Ayxan Hacızadə
  02 Fevral 2023    Oxunub:756
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı yaralanan iki diplomatın vəziyyəti yaxşıdır.
Bunu AzVision.az -a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, yaralılar həkim nəzarəti altındadır.

"Müalicələri davam edir, vəziyyətləri yaxşıdır. Nə zaman evə buraxılacaqları bəlli deyil".

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti