Borell: "Ukraynaya qırıcıların verilməsi Aİ-də fikir ayrılığına səbəb olub"

      Borell:    "Ukraynaya qırıcıların verilməsi Aİ-də fikir ayrılığına səbəb olub"
  02 Fevral 2023    Oxunub:620
Ukraynaya qırıcı təyyarələrin mümkün tədarükü məsələsi hazırda Avropa İttifaqının gündəliyində deyil.
Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borell deyib. Onun sözlərinə görə, bu məsələ Aİ-də fikir ayrılıqlarına səbəb olub. Borrell kompromis əldə etməyə çalışdığını, ona görə də bu məsələdə tərəf tutmadığını vurğulayıb.

Yanvarın 30-da ABŞ Prezidenti Co Bayden Vaşinqtonun Ukraynaya F-16 qırıcı təyyarələrini göndərməyəcəyini deyib. Ertəsi gün Polşa müdafiə nazirinin müavini Voyçex Skurkeviç Amerika qırıcılarının Kiyevə tədarükünün rəsmi səviyyədə müzakirə olunmadığını vurğulayıb. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles isə bildirib ki, hazırda təyyarələrin Ukraynaya tədarükü yanlış yanaşmadır. Nazir hesab edir ki, Britaniyanın indi Ukraynanı döyüş təyyarələri ilə təmin etməyi yersizdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti