"Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşadək olanlardır" - Məleykə Abbaszadə

   "Dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşadək olanlardır" -    Məleykə Abbaszadə
  02 Fevral 2023    Oxunub:577
“Hazırda dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir”.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Bu sayın kifayət qədər yaxşı olduğunu bildirən DMİ sədri qeyd edib ki, dövlət qulluğunda çalışanlar 35 yaşa qədər olan şəxslər ümumilikdə 36 faiz təşkil edir. Bu da özlüyündə yüksək rəqəmdir”.

"Gələn 3 il ərzində 35 yaşınadək dövlət qulluğunda çalışanların sayının 50 faizə qaldırılması planlaşdırılır. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik. Həmin kadrların kifayət qədər gənc olduğunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu hal dövlət qurumlarının işinə də öz müsbət təsirini göstərəcək”, - M.Abbaszadə vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti