İrəvanda zibildaşıyanlara hücum olub- 2 fəhlə bıçaqlanıb

İrəvanda zibildaşıyanlara hücum olub-    2 fəhlə bıçaqlanıb
  02 Fevral 2023    Oxunub:601
Ermənistanda zibil daşıyan fəhlələrə hücum olub. AzVision.az xəbər verir ki, bu barədə İrəvanın vitse-meri Tiqran Avinyan məlumat yayıb.
Sanitar təmizləmə işçilərinə hücum sosial şəbəkələrin erməni seqmentində də ciddi narazılıqla qarşılanıb. Qeyd edilir ki, naməlum şəxs hücum zamanı bələdiyyənin iki əməkdaşını bıçaqlayıb.

Hadisə gecə saatlarında Avan-Arınc inzibati ərazisində baş verib. Fəhlələr xəstəxanaya yerləşdiriliblər.
Polisin mətbuat xidmətindən isə deyilib ki, hadisəni törədənin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti