Ermənistan ordusu yeni geyim formasına keçir

Ermənistan ordusu yeni geyim formasına keçir
  02 Fevral 2023    Oxunub:1065
Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələrin ənənəvi hərbi geyim formasında dəyişikliklər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Orduda başlanan islahatlar çərçivəsində Silahlı Qüvvələrin səhra, məişət, xidməti, kursant və digər növləri də daxil olmaqla, formasının dəyişdirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

Bu məqsədlə nazirlik müsabiqə elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti