Avropa Parlamenti Ukraynaya qırıcı tədarükünə baxmağa çağırdı

   Avropa Parlamenti  Ukraynaya qırıcı tədarükünə baxmağa çağırdı
  02 Fevral 2023    Oxunub:678
Avropa Parlamenti Ukraynaya hərbi təyyarə və raketlərin tədarükü imkanlarını nəzərdən keçirməyə çağırıb.
Müvafiq qətnamə Avropa Parlamentinin saytında dərc olunub. Qətnamə fevralın 3-də Kiyevdə keçiriləcək Aİ-Ukrayna sammiti üçün hazırlanıb. Qətnamədə deyilir: “Avropa Parlamenti öz ekipajlarının təliminə dərhal başlamaqda israr edir, həmçinin Qərb döyüş təyyarələri və uzaqmənzilli raketlərin tədarükü imkanlarını nəzərdən keçirməyə çağırır”.

Bundan əvvəl Avropa Komissiyasının büdcə məsələləri üzrə komissarı Yohannes Han bildirib ki, qurum Ukraynaya 400 milyon avro məbləğində yardım edəcək.O, bu barədə Avropa Parlamentinin iclasında bildirib. O, bu məbləğin 145 milyonunun humanitar yardıma gedəcəyini vurğulayıb.

ABŞ prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenski ilə Ukraynanın tələb etdiyi silahların tədarükü məsələsini müzakirə edəcəyini bildirib.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti