Tailand vətəndaşı Ermənistan prezidentini məhkəməyə verib

   Tailand vətəndaşı  Ermənistan prezidentini  məhkəməyə verib
  03 Fevral 2023    Oxunub:965
Tailand vətəndaşı Kaçaçat Bundi Ermənistan prezidenti Vaaqn Xaçatryanı məhkəməyə verib.
AzVision.az xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb. Qeyd edilir ki, Bundi Ermənistanın İnzibati Məhkəməsinə müraciət edərək Xaçaturyana qarşı vətəndaşlığın verilməsinə məcbur edilməsi tələbi ilə iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.

Qəzetin yazdığına görə, Tailand vətəndaşı artıq beş ildir ki, Ermənistanda yaşayır. O, burada "Thai take away" adlı restoran açıb və ermənilər üçün iş yerləri yaradıb. Hətta Bundi xeyriyyə işləri ilə məşğul olub. Şikayətçi həm də "Qladzor" Universitetinin aspirantıdır.

Lakin Ermənistan Milli Təhlükəsizlik (MTX) Xidməti onun istəyinə mənfi rəy verərək ölkə prezidentinə Bundiyə respublika vətəndaşlığını verməməyi tövsiyə edib.

Qeyd edək ki, İrəvanın rəsmi məlumatlarına görə, 2022-ci il yanvarın 1-dən noyabrın 30-dək 23,5 mindən çox əcnəbi Ermənistan vətəndaşlığını qəbul edib. Həmin dövrdə Ermənistanda 7082 nəfər yaşamaq icazəsi alıb. Pasport almaq üçün 17 788 Rusiya vətəndaşı müraciət edib ki, onlardan 17 274 nəfəri etnik ermənidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Vətəndaşlıq   Tailand   Məhkəmə  





Xəbər lenti