Erməni nazir: "Türkiyə sərhədinin açılmasından biznesimiz faydalanacaq"

      Erməni nazir:    "Türkiyə sərhədinin açılmasından biznesimiz faydalanacaq"
  03 Fevral 2023    Oxunub:847
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Türkiyə hakimiyyətinin Ermənistanla birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı aradan qaldırmaq barədə son qərarını şərh edib.
AzVision.az -ın məlumatına görə o, "Armenpress"ə açıqlamasında deyib ki, əgər geosiyasi şərait Ermənistanın xeyrinə olsa və Türkiyə ilə sərhəd açılsa, o zaman daxili biznes bu məsələdə müsbət təsirini hiss edəcək: "Bizdə olan məlumata görə, hələ ki, müntəzəm daşımalar yoxdur. Ölkələrin coğrafi yaxınlığını nəzərə alsaq, belə yükdaşımalar olmaya da bilər. Çünki məsələn, Gürcüstan ərazisindən aktiv quru nəqliyyat əlaqələri mövcuddur. Ancaq o da var ki, bəzi malların daşınması yalnız bu yolla mümkündür".

Quru sərhədinin açılmasına gəlincə, Kerobyanın fikrincə, bu, iqtisadi artıma səbəb olacaq. Təkcə burada Türkiyə bazarı deyil, bu ölkədən keçməklə Yaxın Şərq ölkələrinə tranzitin olması da nəzərə alınmalıdır.

Ermənistan bazarı üçün mümkün rəqabət risklərindən danışan Kerobyan qeyd edib ki, hökumət yerli müəssisələrdə məhsuldarlığı artırmaq üçün dəstək tədbirlərindən istifadə edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Türkiyə  





Xəbər lenti