Makron və Netanyahu İrana qarşı birləşəcəklər

   Makron və Netanyahu İrana qarşı birləşəcəklər
  03 Fevral 2023    Oxunub:619
Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Binyamin Netanyahu İrana qarşı birgə hərəkət etmək barədə qərara gəliblər.
Makron rəsmi təmaslar üçün Fransanın paytaxtı Parisə gələn Netanyahunu dünən Yelisey sarayında qəbul edib. Makron və Netanyahu dünən axşam birlikdə nahar edib. Makron və Netanyahu görüş zamanı İranın nüvə problemini də müzakirə ediblər.

Fransa prezidenti İranın nüvə proqramında şəffaf olması lazım olduğuna işarə edərək, əks halda nəticələrin qaçılmaz olacağı ilə bağlı xəbərdarlıq edib.

Makron və Netanyahu İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Fransa prezidenti Makron xatırladıb ki, İranın Rusiyanın Ukraynadakı təcavüzünü dəstəkləməsi İranı sanksiyalara məruz qoyacaq.

Makron və Netanyahu İrana qarşı birgə işləməyə qərar verərkən, ölkələri arasında strateji tərəfdaşlığı dərinləşdirmək və bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirmək istəklərini ifadə ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti