Bakıda 4 marşrutun hərəkəti müvəqqəti dəyişdiriləcək

Bakıda 4 marşrutun hərəkəti müvəqqəti dəyişdiriləcək
  03 Fevral 2023    Oxunub:562
Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə AzVision.az -a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti