Haaqa Beynəlxalq Məhkəməsi Putinin həbsinə order verdi

   Haaqa Beynəlxalq Məhkəməsi Putinin həbsinə order verdi
  17 Mart 2023    Oxunub:1526
Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin, eləcə də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun press-relizində deyilir.

Məhkəmə izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər.

Xatırladaq ki, hələ cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhqiqat Komissiyası bəyan etmişdi ki, ukraynalı uşaqların Rusiyaya aparılması müharibə cinayəti sayıla bilər.

AzVision.az



Teqlər: Putin  





Xəbər lenti