Bayden: "Putin açıq-aşkar hərbi cinayətlər törədib"

      Bayden:    "Putin açıq-aşkar hərbi cinayətlər törədib"
  18 Mart 2023    Oxunub:929
ABŞ Prezidenti Cozef Bayden Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair orderinin Rusiya Prezidentinin hərbi cinayətlər törətdiyinə görə əsaslı olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“Mən hesab edirəm ki, bu, (BCM-nin Putinin həbsi ilə bağlı orderi - red.) haqlı qərardır. Putin açıq-aşkar hərbi cinayətlər törədib”.

Bayden qeyd edib ki, Haaqa məhkəməsinin order vermək qərarı “çox güclü mövqedir”.

Bununla belə, o vurğulayıb ki, ABŞ BCM-nin üzvü deyil.

AzVision.az



Teqlər: Bayden   Putin  





Xəbər lenti