Pakistan məhkəməsi İmran Xanın həbsi ilə bağlı orderi ləğv edib

Pakistan məhkəməsi İmran Xanın həbsi ilə bağlı orderi ləğv edib
  18 Mart 2023    Oxunub:948
Məhkəmə Pakistanın sabiq Baş naziri və müxalif “Ədalət uğrunda hərəkat” partiyasının sədri İmran Xanın həbsinə verdiyi orderi ləğv edib və onun işi üzrə dinləmələri martın 30-na keçirib.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hakim tərəflərə müzakirələrin növbəti iclasda davam edəcəyini bildirib, həmçinin Xanın məhkəmədə iştirakını təmin etməyi tapşırıb.

Qərar polisin məhkəmə binası qarşısında sabiq baş nazirin tərəfdarları ilə toqquşmasından sonra qəbul olunub. Eyni zamanda, İmran Xan davam edən qarşıdurmalar səbəbindən avtomobilini tərk edə bilməsə də, onun məhkəməyə gəlməsi rəsmi olaraq qeydə alınıb.

İmran Xan hazırda Lahordakı iqamətgahına qayıdır.

Sabiq baş nazir hakimiyyətdə olduğu dövrlərdə xarici dövlət başçılarından aldığı bahalı hədiyyələri satmaqda ittiham olunur.

AzVision.az



Teqlər: İmran_Xan   Məhkəmə  





Xəbər lenti