"Ermənistanı bir daha təcavüzkar addımlardan çəkinməyə təkidlə çağırırıq"

   "Ermənistanı bir daha təcavüzkar addımlardan çəkinməyə təkidlə çağırırıq"
  19 Mart 2023    Oxunub:573
“Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlanmasını həzm edə bilməyən Ermənistanı bir daha regionda 44 günlük Vətən müharibəsi nəticəsində yaranmış reallığı dərk etməyə və təcavüzkar addımlardan və revanşist siyasətdən çəkinməyə təkidlə çağırırıq”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.

Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlayan, 1 milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından zorla qovan, bölgədə Azərbaycana məxsus bütün tarixi və dini abidələri vəhşicəsinə dağıdan Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıdışının Üçtərəfli bəyanatın “pozuntusu” və “qanunsuz məskunlaşma” kimi qələmə verməsi riyakarlığın növbəti açıq təzahürüdür. Bu bəyanat Ermənistanın irqçi ayrı-seçkilik və nifrət xislətini nümayiş etdirir. Bu bəyanat eyni zamanda, azərbaycanlılara qarşı onilliklər ərzində genişmiqyaslı etnik təmizləmə siyasəti həyata keçirmiş monoetnik dövlət olan Ermənistanın nəinki öz ərazisindən, hətta Yaxın Şərq ölkələrindən erməniləri işğal etdiyi ərazilərimizdə qanunsuz məskunlaşdırmaqla güddüyü mənfur məqsədə - saxtakarcasına Azərbaycan ərazilərini “erməniləşdirmək” və azərbaycanlıların geri qayıdışına hər vəchlə mane olmaq məqsədindən əl çəkmədiyini nümayiş etdirir. Qeyd edək ki, Azərbaycan Respublikasının yaşayış məntəqələrinə qondarma adlarla istinad edilməsi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının daha bir təzahürüdür. Görünür, beynəlxalq hüquq, ərazi bütövlüyünə hörmət prinsipi ilə yenicə tanış olan Ermənistan bu sahədə maariflənmə fəaliyyətini hələ davam etdirməlidir”, - o vurğulayıb.

AzVision.az

Teqlər:







Xəbər lenti