Əfqanıstanda 6,8 bal gücündə zəlzələ olub

 Əfqanıstanda  6,8 bal gücündə zəlzələ olub
  21 Mart 2023    Oxunub:1875
Əfqanıstanda 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərdən çox əhalisi olan İşkaşım şəhərindən 48 km cənub-qərbdə yerləşib.

Mümkün dağıntı və tələfat barədə məlumat verilməyib.

Zəlzələnin Özbəkistanda da hiss olunduğu bildirilib. Qorxuya düşən Daşkənd sakinləri küçələrə axışıblar.

AzVision.az



Teqlər:





Xəbər lenti