İordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib

   İordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib
  22 Mart 2023    Oxunub:924
İordaniya parlamenti İsrailin Əmmandakı səfiri Amir Veysbrodun krallıqdan çıxarılmasına səs verib.
Bu barədə İordaniyanın Petra xəbər agentliyi məlumat yayıb. “Deputatlar vətənin suverenliyinə xələl gətirməyə cəhd edən hər kəslə mübarizədə Əlahəzrət Kral II Abdullahın rəhbərliyinə və silahlı qüvvələrimizə dəstək olduqlarını vurğulayaraq, İsrail nazirinin hərəkətlərinə qarşı olduqlarını bir daha təsdiqləyiblər”, - bəyanatda deyilir.

Qeyd edilib ki, parlamentarilər krallıq hökumətinə İsrail səfirini İordaniyadan qovmağı tövsiyə edirlər.

Martın 20-də İsrailin maliyyə naziri, hakim koalisiyanın üzvü, Dini Sionizm partiyasının lideri Bezalel Smotriç Fələstin xalqının və dilinin mövcudluğunu rədd edib.


AzVision.az


Teqlər:





Xəbər lenti